Azərbaycan millisinin heyətində “Avro-2024”ün seçmə mərhələsində Avstriya (1:4) ilə keçirilən oyunda zədələnən “Neftçi” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun durumuna aydınlıq gəlib. SİA kluba istinadən xəbər verir ki, paytaxt təmsilçisinin baş həkimi Şaiq Zöhrablı 31 yaşlı orta sahə oyunçusunun sağ dizinin medial bağında birinci dərəcəli gərilmənin aşkarlandığını bildirib. Artıq müalicəsinə başlanan oyunçunun təxminən iki həftə komandadan ayrı qalacağı gözlənilir.
Qeyd edək ki, “Neftçi” Premyer Liqada növbəti oyununu aprelin 1-də “Zirə”yə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB