Oliver Qlasner “Real Madrid”in yeni baş məşqçisi olacaq?

Almaniyanın Frankfurt şəhərinin “Ayntraxt” klubunun baş məşqçisi Oliver Qlasner “Real Madrid”in yeni baş məşqçisi ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Bild” nəşri yayımlayıb.

İddialara görə, madridlilər bu yay Karlo Ançelottini istefaya göndərməli olsalar, bu variantı nəzərdən keçirirlər.

Çempionatda “Barselona”ya uduzduqdan sonra “Real Madrid”in hələ də qələbə qazana biləcəkləri cəmi iki turnir qalıb - Çempionlar Liqası və İspaniya Kuboku.

Əgər “Real Madrid” bunlardan birini qazanmasa, o zaman klub rəhbərliyi italiyalının müqaviləsinin 2024-cü ilin yayına qədər olmasına baxmayaraq, onu komandanın sükanı arxasından qovacaq(?).

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə