Ançelotti “Barselona”nın “Real Madrid”dən yaxşı olduğunu etiraf edib
Bu arada “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti komandasının hazırda Kataloniya “Barselona”sında yer alan çempionatda birinci pillədən 12 xal geri qalmasının səbəbini açıqlayıb.
Onun dediyinə görə, Dünya çempionatından sonra “Real Madrid”də “geriyəsayma” başlayıb.
SİA-nın da əldə etdiyi məlumata görə, Ançelotti yanvar ayının çempionluq yarışında böyük rol oynadığını deməklə yanaşı, “Barselona”nın onun komandasından yaxşı olduğunu da etiraf edib.
Xatırladaq ki, yanvarda “Real Madrid” üç liqa matçında Atletik Bilbao üzərində yalnız bir səfər qələbəsi qazanmışdı. “Real Madrid” həmin dövrdə “Vilyarreal”a uduzub, “Real Sosyedad”la bərabərə qalıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB