Azərbaycanın ağır atletləri dünya birinciliyində iştirak edəcək

Azərbaycanın ağır atletləri dünya birinciliyində iştirak edəcək

Martın 25-dən aprelin 1-dək Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyi keçiriləcək. SİA-nın məlumatına görə, mundialda Azərbaycan millisi də qüvvələrini sınayacaq.

Dünya birinciliyində Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) mübarizə aparacaqlar.

Yarışa 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə