Yurgen Klinsmann Cənubi Koreya millisini çalışdıracaq. SİA xəbər verir ki, “Bavariya” və Almaniya millisinin sabiq baş məşqçisi ilə 2026-cı il dünya çempionatının sonuna qədər müqavilə imzalanıb.
Alman mütəxəssis 2022-ci il dünya çempionatının sonunda komandadan ayrılan portuqaliyalı Paulo Bentunu əvəz edib.
Klinsmann Asiya seçməsilə debütünü martın 24-də Kolumbiya ilə yoldaşlıq oyununda edəcək.
Qeyd edək ki, alman çalışdırıcının son komandası 2019-2020-ci illərdə rəhbərlik etdiyi “Herta” olub. Yurgen ABŞ millisini də çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB