“Mançester Yunayted” “Lids”ə qalib gəlib

“Mançester Yunayted” “Lids”ə qalib gəlib

David De Xea “Mançester Yunayted”də quru oyunlar üzrə Peter Şmeyxelin rekordunu təkrarlayıb. SİA xəbər verir ki, Premyer Liqanın 23-cü turunda “Mançester Yunayted” “Lids”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu oyun De Xeanın “Yunayted”in heyətində bütün yarışlarda 178-ci qolsuz matçı olub. 32 yaşlı ispaniyalı bu göstərici üzrə danimarkalıya çatıb.

Fevralın 16-da Avropa Liqasının pley-off mərhələsində “Mançester Yunayted” səfərdə “Barselona” ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə