Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi yad ediləcək

Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi yad ediləcək

Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək. SİA xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi feysbuk səhifəsində paylaşım edilib: "Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!", - postda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə