"Şaxtyor"un futbolçusu "Lester"də

"Lester" heyətini yeni oyunçu ilə gücləndirib.

SİA Qol.az-a istinadən xəbər verir ki, Donetsk "Şaxtyor"unun müdafiəçisi Tete heyətə cəlb edilib.

Braziliyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Lester"də çıxış edəcək.

Qeyd edək ki, 2019-cu ilin fevralından "Şaxtyor"da çıxış edən Tete mövsümün ilk hissəsini "Liona"da oyanyıb və 17 Liqa oyununda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə