Rusiya Avropa Superkuboku-2023-dən məhrum olacaq

Kazan Avropa Superkuboku-2023 üçün oyunsuz qalacaq. Belə ki, Avropa Superkuboku-2023-ün oyunu Kazandan başqa şəhərə köçürüləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Sky Sports” yazır.

Qeyd edək ki, Avropa Futbol Assosiasiyaları İttifaqı hazırda oyunun keçiriləcəyi yeni məkan axtarır.

Xatırladaq ki, Çempionlar Liqası və Avropa Liqasının qalibləri Avropa Superkuboku uğrunda oyunda üz-üzə gələcək.

Yeri gəlmişkən bildirək ki, Avropa Futbol Assosiasiyaları İttifaqı Superkuboku uğrunda oyunun Kazanda keçirilməsi ilə bağlı qərar təşkilatın Amsterdamdakı icraiyyə komitəsində 2020-ci ilin martında qəbul edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə