Depay “Atletiko Madrid”ə, Karrasko isə “Barselona”ya keçməyə razılaşıb

Depay “Atletiko Madrid”ə, Karrasko isə “Barselona”ya keçməyə razılaşıb

Bu arada “El Mundo Deportivo” “Barselona”nın hücumçusu Memfis Depayın “Atletiko Madrid”lə şəxsi müqaviləyə razılaşdığı barədə məlumat yayıb.

SİA-nın əldə etdiyi məlumata görə, futbolçu ilə 2,5 illik müqavilə imzalanacaq.

Və “Goal.com”a görə, belçikalı cinah oyunçusu Yannick Karrasko Depay müqabilində “Barselona”ya keçməyə razı olduğunu bildirib.

Qeyd edək ki, əvvəllər 29 yaşlı futbolçu klubunu dəyişməkdən imtina edirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə