Memfis Depay “Atletiko Madrid”ə keçməyə hazırdır

Deyilənə görə, artıq ilkin müqavilə razılaşdırılıb.
Memfis Depay “Atletiko Madrid”ə keçməyə hazırdır

"Barselona”nın hücumçusu Memfis Depay “Atletiko Madrid”ə keçməyə hazırdır. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, klublar artıq danışıqlara başlayıb və onlar sürətlə irəliləyirlər və yaxın günlərdə müqavilə bağlana bilər.

Depayın özü də Dieqo Simeonenin komandasına qoşulmaqda maraqlıdır və madridlilər artıq futbolçu ilə müqaviləni razılaşdırıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə