Atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslar keçirilir - FOTOLAR
Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən kursun açılış mərasimində şıxış edən Azərbaycan Atletika Federasiyasının Baş katibi Məhərrəm Sultanzadə iştirakçılara kursun əhəmiyyəti haqda məlumat verib. Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, o bildirib ki, kursun mühazirəçiləri 1-ci dərəcəli beynəlxalq mühazirəçilər Hakim İbrahimov və Qılınc Əhmədovdur. Kursun proqramına daxil olan nəzəri hissə Milli Olimpiya Komitəsində, praktiki hissə isə Respublika Olimpiya Mərkəzində keçiriləcək. Atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslarda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Gəncə, Xaçmaz, İmişli, Mingəçevir, Quba, Qusar və Bakıdan olmaqla ümumilikdə 20 nəfər iştirak edir. Qeyd edək ki, kursun sonunda uğurla imtahandan keçən iştirakçılar 1-ci dərəcəli məşqçilər sertifikatını əldə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB