“Vugar Gashimov Memorialı"nın loqosu “Alov qüllələri”ndə əks olunur - FOTOLAR

“Vugar Gashimov Memorialı"nın loqosu Bakının mərkəzində nümayiş edilir. Turnirin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, loqo paytaxtın ən hündür və əzəmətli binalarından birində - “Alov qüllələri”ndə əks olunur.

Turnirin loqosunu paytaxt sakinləri dekabrın 24-dək axşam saatlarında izləyə biləcəklər.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə