FİFA DÇ-2026-nın qrup mərhələsində oyunsonrası penaltilər seriyasını tətbiq etməyi düşünür.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə "The Atletic" məlumat yayıb. Görüşlərin əsas vaxtında heç-heçə qeydə alınarsa, penaltilər seriyası keçiriləcək. Nəticələrinə görə, qalib komanda bonus xalı qazanacaq.
Qeyd edək ki, DÇ-2026 iyunun 8-dən iyulun 3-dək Kanada, ABŞ və Meksikada keçiriləcək. İlk dəfə mundialda 32 yox, 48 komanda mübarizə aparacaq. Turnirin final mərhələsində hər biri 3 komandadan ibarət 16 qrup yarışacaq.
Kanada, Meksika və ABŞ mundiala ev sahibliyi edən ölkələr kimi avtomatik olaraq turirin final mərhələsinə adlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB