“Barselona”da oyunçu mübadiləsi?

“Barselona”da oyunçu mübadiləsi?

Kataloniya “Barselona”sı və Birminqemin “Aston Villa”sı futbolçu mübadiləsi edə bilərlər.

SİA-nın ispan saytlarından əldə etdiyi məlumata görə, İngiltərə klubunun yarımmüdafiəçisi Duqlas Lui “mavi qranat”ın diqqət sahəsindədir. Bu oyunçu üçün kataloniyalılar ivuarlı Frank Kessini onlara verməyə hazırdır.

Qeyd edək ki, Luinin “Aston Villa” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Braziliyalı bu mövsüm 16 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Kessinin hesabına cari kampaniyanın 13 matçında bir qol var. Afrikalının “Barselona” ilə müqaviləsi 2026-cı ildə başa çatır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə