Milli Kitabxanaya kimlər və necə üzv ola bilər? - QURUMDAN AÇIQLAMA

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası Azərbaycanda kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə Azərbaycan haqqında nəşr olunmuş çap məhsullarını və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə çap olunmuş məlumat daşıyıcılarını toplayıb mühafizə edən kitabxana və dövlət kitabsaxlayıcısıdır. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon nüsxədən artıqdır. Bəs, Milli Kitabxanaya kimlər üzv ola bilər? Bunun üçün xüsusi bir kateqoriya varmı? Üzv olmaq və kitablardan yararlanmaq üçün nə etmək lazımdır? Prosedur qaydası necədir? Mövzu ilə bağlı SİA-nın sorğusuna cavab olaraq Milli Kitabxananın Mətbuat Xidmətindən məlumat verilib.

Kitabxanadan bildirilib ki, Milli Kitabxanadan şəxsiyyətini təsdiq edən sənədi (yaşı 16 olan) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.

Kitabxanaya üzv olmaq üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
- şəxsiyyət vəsiqəsi və ya pasport, şəxsi vəsiqə, hərbi bilet, sürücülük vəsiqəsi
- elmi zallara üzv olmaq üçün ali təhsil haqqında və elmi dərəcə haqqında sənəd.

Qeyd edilib ki, 16 yaşı tamam olan şəxslər şəxsiyyət vəsiqəsi ilə gəlib qeydiyyatdan keçə bilərlər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə