Hamilə qadınları spirtli içkilərdən istifadəsi düzgündür? - PEDİATR ŞƏRH ETDİ

Hamilə qadınları spirtli içkilərdən istifadəsi düzgündür? - PEDİATR ŞƏRH ETDİ

"Qadın orqanizminin fiziologiyası kişi orqanizmindən tamamilə fərqlənir. Yəni bir qadının spirtli içki qəbul etdiyi zaman bu, qadın orqanizminə tez təsir edir, həmçinin, orqanizmdən xaric olunması gec olur". Bu fikirləri SİA-ya açıqlamasında pediatr Sevda Novruzova bildirib.

Onun sözlərinə görə, qəbul olunmuş spritli içkinin qanda pik konsentrasiyası yüksək səviyyədə olur: "Yəni eyni həcmdə qəbul olunan spirtli içki qadın orqanizminə daha pis təsir edir və uzunmüddətli təsirini artırır. Ümumiyyətlə, hamilə qadınların spirtli içkilərdən istifadə etməsi düzgün hesab edilmir. Hamiləliyin ilk üç ayı isə spirtli içkilərdən istifadə rüşeymin formalaşmasına, ana bətnində olan dölə mənfi təsir göstərir. İlk olaraq qeyd edə bilərəm ki, spirtli içkilərdən istifadə hamiləliyin sona qədər başa çatmamasına səbəb ola bilər. Yəni spontan doğuş yaxud da spontan abort kimi hallar baş verə bilər.
Əgər uşaq dünyaya gələrsə, yeni doğulmuşlarda müxtəlif əqli çatışmazlıqlar yarana bilər. Bu uşaqlarda müxtəlif qüsurlar yarana bilər. Nəinki hamilə qadın, hətta hamilə olmayan qadına spirtli içkilər mənfi təsir göstərir.
Spritli içkilər qadınlarda menstruasiya dönəminin pozulmasına səbəb olur. Həmçinin sonsuzluq riskini artırır və bir çox ciddi problemlərə səbəb olur. Bu baxımdan hamilə qadınlar spirtli içkilərdən uzaq durmalıdır.
Həmçinin spirtli içki sinir sisteminə mənfi təsir göstərir, qaraciyərə, eynilə digər orqanların fəaliyyətinə mənfi təsir göstərir.
Düzdür bizim ölkəmizdə hamilə qadınların spirtli içkilərdən istifadə etməsi tez-tez müşahidə olunmur.
Hamilə qadınlar spirtli içkilərdən və tütün məhsullarından istifadə etmək əvəzinə bol-bol təmiz havada gəzsinlər. Meyvə-tərəvəzlərdən istifadə etməlidirlər. Özlərinə müsbət təsir göstərən məhsullardan istifadə etsinlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə