Müasir dünyamız ən böyük problemlərindən biri olan narkomaniyadan hələ də əziyyət çəkir. Vaxtilə bu problemə diqqət yetirilməməsi, ictimai təhlükəliliyinin lazımi dərəcədə qiymətləndirilməməsi nəticəsində narkomaniya yoluxucu xəstəlik kimi insanlar, xüsusən də gənclər arasında yayılmış, öz ərazisini genişləndirmiş, yaşadığımız dünyanı dağıtmaq səviyyəsinə qədər gəlib çıxmışdır.

Nəşə “xərcəngin dərmanıdır”, “yaradıcılığı artırır”, “ Adamın başını işlədir”, “aslılıq yaratmır” kimi sözlərlə insanları narkotikə qurşandırır və ya narkotiklə bağlı yaxşı təəsürat yaratmaqla şəxslərin gözündə narkotik vasitələrin istifadəsini adiləşdirirlər.
Narkomaniyanın (yunan sözüdür, narke - yuxu, bihuşluq, mania - cəzb etmə, ağılsızlıq) etiologiyası və məişətə daxil olması tarixi ilə maraqlansaq eramızdan neçə minillik qabağa gedib çıxarıq. Narkotik maddələrin xeyirxah məqsədlər üçün istifadə edilməsi tarixini isə dəqiq söyləmək çox çətindir. Mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrə narkotik maddələr deyilir.

Çətənə bitkisinin iki növü var: Sativa və İndika

İndika əsasən keyidici xüsusiyyətə malik olan keyidici və rahatladıcı növüdür. Sativa isə enerji verən tibbdə və sənayedə istifadə olan növüdür. Sativada keyləşdirici xüsusiyyət daha azdır. Yəni narkotik xüsusiyyətə malik olan əsasən İndika növüdür. Nəşə, marixuana və ya el arasında “şey” adlanan növü məhz İndikadır.

Əlbəttə, əsas tibb məqsədi ilə istifadə edilən çətənə bitkisinin keyf verici xüsusiyyəti daha çox yayılır. Beləliklə, narkotik xüsusiyyətləri ortaya çıxır. İndika adətən kağıza bükülərək siqaret kimi çəkilir. Və ya butulka və qəlyan kimi vasitələrlə sinəyə alınır. Nəfəs yolu ilə qəbul etdikdən sonra bütün orqanlar təsiri başlayır. Təxmini 30-60 dəqiqə ərzində bütün bədənə təsir edir.

Bəs yaxşı qısa müddət ərzində insanda hansı proseslər baş verir?

Beyində sinir sisteminə təsir edir. Neyron hüceyrələrin fəaliyyətini pozur. Bu isə ani baş verən hadisələri daha gec dərk etməyə, daha az reaksiya verməyə, daha gec anlamağa, analiz qabiliyyətinin azalmasına səbəb olur.
Nəşənin tərkibində tetra kannabinoid adlı maddə mövcuddur. Kannabinoid bəzi bitkilərdə heyvanlarda və insanlarda onsuzda təbii var olan bir maddədir. İnsan bədənin də çox mühüm vəzifəsi olan endo kannabinoid sistem bədəndə iştah, ağrı hissi, əhval-ruhiyyə, yaddaşda daxil olmaqla müxtəlif fizioloji proseslərdə iştirak edən resseptor sistemidir. Yəni nəşənin tərkibində olan bu maddə onsuzda bədənimizdə mövcuddur. Ancaq bu kannabinoidlər neyrotransmitlərdir. Yəni bədənimiz bu maddəni ehtiyac və ya lazım olduqda istehsal edir. Nəşədə olan bu maddə bədənimizdə mövcud olduğu üçün bədən bunun kənardan gələn maddə kimi qəbul etmir. Elə zənn edirki özü istehsal edib. Yəni bədinin buna ehtiyac halı yoxdur. Bu maddə bədənə daxil olan kimi xoşbəxtlik hormonu aktivləşir. Ağrı hissi azalır,iştah artır, əzələlərin boşalmasına və daxili bir rahatlıq olmasına səbəb olur. Tibbdə məhz bu xüsusiyyətlərinə görə kimya terapiya görən xərcəng xəstələri üçün müəyyən miqdarda istifadə edilir. Kimyəvi dərmanların istifadə olunan zaman ürəkbulanma hissini götürməsi və ağrıkəsici kimi istifadə edilir.

Mövzu ilə əlaqədar SİA-nın suallarını Sosial işçi eyni zamanda Narkomaniya və Alkoqolizm asılılığı üzrə psixi-sosial mütəxəssis Mehriban Babeyeva cavablandırıb.

- Narkotik maddələrindən istifadə hansı səbəblərdən başlayır?

- Maddə istifadəsi adətən maraq və sınaqdan başlayır. Narkotik qəbulunun əsas səbəbləri, maraq, kənar təzyiq, stress, psixi aslılıq. Ümumiyyətlə psixoaktiv maddələrin qəbuluna səbəb olan bir sıra risk faktorları var, bsixoloji amillər, bioloji amillər, sosial amillər, irsi amillər, ailə, şəxsiyyət xüsusiyyətləri.

Sosial və sosial-psixoloji səbəblər: ailə tərkibinin dəyişməsi, natamam ailə, cəmiyyətə zidd ailə, valideynlərin uşaqların maddi vasitələrini istifadəsinə nəzarət etməməsi və s.
Bioloji amillər: İrsiyətində alkoqolizm və psixoaktiv maddə qəbul etmiş valideyinlərin olması, keçirdiyi ağır xəstəliklər, aldığı travmalar, şizofreniya və bu. xəstəliklər aiddir.
Şəxsi-psixoloji risk amillərinə isə, özünə inamsızlıq, davranış pozuntuları, öz qayğısına qala bilməmək bacarığı, qarşısındakı bir qrup şəxslərə tabe olma və s.

- Narkotik istifadəsinin psixasi haqqında nə deyə bilərsiniz?

- Narkotik vasitələr bir-birindən çox fərqlidir. Ona görə də istifadə olunan maddəyə görə onun psixoloji təsiri də dəyişir.

- Narkomaniya ilə mübarizədə hansı işlər görülür və görülməlidir?

- Narkomaniya ilə mübarizə uzunmüddətli, çox şaxəli və geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Ümumiyyətlə narkomaniya ağır bir xəstəlikdir. Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Çünkü bu proses daima gizli şəraitdə baş verir, nəzarətdən kənar qalır və durmadan artır. Narkotiki satan insanlar hər zaman yeni alıcı axtarışında olurlar. Əsasən də gənc nəsili bu yola çəkirlər. Valideynlər hər zaman övladları ilə ünsiyyətdə olmalıdır. Narkomaniya ilə mübarizə də bütövlükdə, cəmiyyətin , dövlətin, xalqın və hər bir şəxsin fərdi və ya birgə fəaliyyətinə, köməyinə böyük bir ehtiyacı vardır. Eyni zamanda da narkomaniya ilə bağlı hüquqi tərəfdən işlər görməklə yanaşı eyni zamanda təbliğat işləri görülməlidir. Müalicə mərkəzləri yaradılmalıdır. Bu işə profesional mütəxəssislər cəlb edilməlidir. Məktəblərdə və digər yerlərdə maarifləndirmə işləri aparılmalıdır. Narkomanlığın profilaktikası, müalicəsi və narkomanların normal həyat tərzinə qaytarılması, bu dəhşətli bəlanın yayılmasına təkan verən səbəblərin aradan qaldırılması üçün zəruri olan tədbirlərin həyata keçirilməli, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınmalıdır.
Sonda isə həmsöhbətimiz fikirlərini gənclərə çağırış etməklə tamamlayıb: “Gənclərimizə narkotik maddələrdən və narkotik maddə təbliğ edən şəxslərdən uzaq durmalarını, sağlam və cəmiyyətə yararlı bir şəkildə formalaşmalarını tövsiyə edirəm”.

SİA- mövzu ilə əlaqədar sosialoq Əhməd Qəşəmoğlunun da fikirlərini öyrənib. Ə.Qəşəmoğlunun sözlərinə görə, dünya ilə müqayisə etsək Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil: “Azərbaycanda narkomaniya ilə bağlı vəziyyət xeyli pisləşib. Başqa ölkələrdə olduğu kimi bizim ölkədədə mübarizə hüquq mühafizə orqanları tərəfindən həyata keçirilir. Ümumən narkotik maddələrə qarşı dünyada bir zəiflik mövcuddur. Yəni, bütün ölkələr daha kəskin sərt mübarizə apara bilər. Narkotikanın yayılmasında bir qrupun maddi marağı dayanırsa, digər qruplar da daha fərqli maraqlarla narkotik vasitələri yayırlar. Bu dağıdıcı qüvvələr yer üzündə narkotik satışını qızışdırmağda maraqlıdırlar. Ümumiyyətlə, dünyanın hər yerində bu kimi halların olduğundan xəbərdarıq. 44 günlük müharibədən sonra narkotikanın bizim ölkədə daha çox yayılması xeyli suallar doğurdu. Çünki 44 günlük müharibədə bizim igid əsgərlərimiz döyüşərək müharibədə qalibiyyəti bizə gətirdilər. Bu Azərbaycanı istəməyən qüvvələri də qıcıqlandırdı. Ölkədə narkotikanın artması düşmən marağının həyata keçməsi əlaməti kimi görünür. Təkcə narkomaniya deyil eyni zamanda pornoqrafik internet resurslarının çoxalmasını da müşahidə edirik. Əsasən Rus dilli olan bu internet resursları gəncləri təsirə salır və əhalinin ümumi inkişafını zəiflədir və maneə olur. Biz o vaxt tərəqqidən danışa bilərik ki, insanların mənəvi zənginliyi artsın və insanlarda əməyə yaradıcı münasibət formalaşsın. Çox təəssüf ki, narkomaniya və pornoqrafiyanın yayılması fiziki sağlamlığa və mənəvi zənginliyə zərbədir. Hüquq mühafizə orqanları narkomaniyaya qarşı mübarizə aparır. Lakin bu mübarizə arzu olunan dərəcədə olsa narkomaniya bu qədər artmaz. Təkcə hüquq mühafizə orqanları da bu işin öhdəsindən gələ bilməz. Kompleks işlər aparılmalıdır. Maarifləndirmə də paralel şəkildə aparılmalıdır. Sistemli tədbirlər görülməlidir. Cəmiyyət çox mürəkkəbləşib və həssaslaşıb. Belə halda əvvəlki mübarizə metodları ilə mübarizə aparmaq lazimi effekti vermir. Cəmiyyətimiz xüsusi yanaşma tələb edir. Təklif edirəm hər məhlədə sosial işçi qrup yaradılsın. Sosial işçilər hər ailəni izləyərək profilaktik tədbirlər görsünlər. Həm də lazımı gələrsə adiyyatı qurumları də xəbərdar etsinlər. İndi sosial işçi qrupları hazırlanır. Universitetlərdə hazırlansa belə sosial işçi qruplarına iş nəzərdə tutulmayıb. İş metodu dəyişilərək, yeni maarifləndirmə işləri aparılmalıdır. Bu sahədə çox ciddi fəaliyyət proqramı hazırlanmalıdır”.

Psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, narkomaniya sözünün mənası təsir altına düşməkdir: “Narkoman olmaq əslində təsirə düşməklə başlayır. Əvvəl qeyd edim ki, övladımızı təsir altına düşməyə meyilli böyüdürüksə, bunun nəticəsində bu meyillik daha da pisə doğru irəliləyək vəziyyəti çıxılmaz hala salır. İnsan psixologiyasi qadağanları pozmaqda maraqlıdır. Maraq dairəsini genişləndirərək həmin zərərli vərdişlərdən istifadə edirlər. İstər narkomaniya, istər içki audəçiliyi psixoloji problemlərdən xəbər verir. Narkomanların çoxunun keçmişinə nəzər yetirsək görərik ki, narkoman bu adla o qədər çağırıldığı üçün artıq özünü vəziyyətdən çıxarda bilmir. Ya da Narkomanların bir çoxu keçmişinin uğursuzluqlarından danışır, artıq "həyatımdan bezdim" kimi ifadələr səsləndirirlər. Başqa vəziyyətdə isə pis qrupa düşdüyü üçün birdəfəlik çəkməklə, daha sonra ikinci dəfə çəkməklə öyrəşir. Yəni, müxtəlif səbəblər var. Hər bir narkomanin özünə məxsus səbəbləri var. Realibitasiya olunduqdan sonra tamamilə qaytarıla bilirsə, bu böyük uğurdur. Narkotikadan azad olan insanların dinə daha çox yönəlir. O artıq zərərli təsirlərdən uzaqlaşaraq, onu həyata bağlayan səbəblərə yönəlir. Müalicə olunmaq istəyən narkomanlar mütəxəssisə müraciət edir, bu mütəxəssis onun temperamentini anlamağa çalışır. Təfəkkürünə lazım olacaq söz terapiyası ilə psixi xüsusiyyətini öyrənirlər. Belə demək, düz deyil ki, ora düşən çıxmır. O zaman o çıxa bilmir ki, artıq onun bədəni məhv olub. Psixikasını öyrəndikdən sonra onu hansı üsulla işləmək lazım olduğunu bilirik".

Nəşə sinəyə alındıqdan sonra 1saat müqqdətində təsiri görsənir ağızda quruluq yaranır, göz bəbəkləri genişlənir, üz qızarır, qan təzyiqi artır, burun və burun kənarları quruyur, nəfəsalmada çətinlik yaranır, gözlərdə qızartı əmələ gəlir, boğazda yanma və öskürək, ürəkbulanma, qusma, ishal baş verir.

İnsanda qısa müddətli vidtrip adlanan bir enerji canlanması olur. İybilmə, dadbilmə, artım hiss edilir. Bu müddətdə insan daha diqqətcil olur. Nəşə istifadəsindən sonra insan rəngləri daha canlı və parlaq görür. Sevinc keyif hissi yaranır. Bu qısa müddətdən sonra badtrip adlanan müddət başlayır. Narahatlıq, daxili sıxıntı, hüzursuzluq hisləri bəyaqki bütün xoşbəxtlik hisləri ilə əvəz olunur. Qavrayış, yaddaş, iradə pozğunluğu yaranır. Belə olduğu halda insanda düşüncə və analiz də lap çox zəifləyir. Zaman və məkan qavrayışları pozulur. İnsanın hərəkət qabiliyyəti zəifləyir. Nəşə bir ay müddətinə qədər insan bədənində qalır. Nəşənin təsiri azaldıqda isə yenidən çəkmək hissi ilə üzləşir. Çünki şəxs özünü yenidən xoşbəxt etmək və yaxşı hiss etmək arzusundadır. Nəşə yağ toxumalarında depolanaraq qaldığı üçün mütləq şəkildə yenidən istifadəsini bədən tələb edir. Agresizlik, yuxusuzluq, rahatsızlıq nəşə istifadəçisini narahat edən hislərdir. Qısa müddətli istifadədə ağciyərləri məhv edir. Uzun müddətli istifadə də beyindəki hücerələrə depomin adlanan hormonu ifraz etmək üçün həyəcan verir. Beyindəki yeni xatirə və anları yaradan hipokanpus hissəsinə təsir edərək məlumatların işləmək prosesinə müdaxilə edir. Ona görə istifadəçilər həmin an düşüncə dərinliyinə qərq olur. Nəşə şəkdiyi müddətdə narkoman daha ağıllı olduğunu düşünür. Eyni zamanda insanları müxtəlif halüsinasyon görməsinə səbəb olur. Məsələn şəxsin tərəddüdləri artır, yanılqıya düşür. Narkotik istifadəçisi nəsə görməsi və ya eşitməsi ilə bağlı yanılqıya düşür. Beyindəki şübhə funksiyası aktivləşir. Uzunmüddətli istifadə şizofreniya xəstəliyini səbəb olur. Nəşə istifadə edən insanlar digər insanlara görə 7 dəfə daha çox şizofreniya xəstəliyinə düçar olur. Uzunmüddətli nəşə istifadəsi paranoiya xəstəliyinə səbəbdir. Ətrafındakı insanların ona zərər verə biləcəyini zənn edir. Bir müddət nəşə çəkən insan sosiallaşmaqdan uzaqlaşır. Şəxs gördüyü işə uzun müddət fokslana bilmir, yəni konsantrasiyanı pozur. İnsan tərəfindən təkrar–təkrar istifadə olunan və dopamin yaradan bir vasitə mütləq aslılıq yaradır. İnsanların hamısı öz iradəsinin güclü olduğuna inanır. Lakin insanlar özlərinin iradəsiz olduğunu heç vaxt qəbul etmirlər. Çünki aslı olmaq zəifliyin göstəricisidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə