Azərbaycan minifutbol millisi beynəlxalq turnirin qalibi olub

Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub. Azərbaycan Minifutbol Federasiyasından SİA-ya verilən məlumata görə, yığma həlledici oyununda son dünya çempionu Rumıniya komandası ilə qarşılaşıb. Görüş seçməmizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Elşad Quliyevin yetirmələri mükafata sahib çıxıblar.

Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə