Çempionlar Liqası: PSJ səfərdə "Borussiya"ya uduzub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib. SİA-nın məlumatına görə, raundun ikinci matçında Dortmund "Borussiya"sı Almaniyada Fransanın PSJ kollektivini qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

Yeganə qolu 36-cı dəqiqədə Niklas Füllkruq vurub. Tərəflər arasındakı cavab oyunu mayın 7-də gerçəkləşəcək.

Qeyd edək ki, ötən gün "Bavariya" yarımfinalın ilk matçında Almaniyada İspaniyanın "Real" klubu ilə heç-heçə edib - 2:2.

Bütün xəbərlər Facebook səhifəmizdə