Selena Qomez sevgilisinə görə milyondan çox izləyicisini itirib - FOTO

Məşhur müğənni Selena Qomez sevgilisi Benni Blankoya görə bir gündə 1 milyondan çox izləyicisini itirib. SİA xəbər verir ki, Selena Qomez Benni Blanko ilə birgə fotolarını paylaşdıqdan bir gün sonra müğənninin izləyicilərinin sayı 429 milyondan 428 milyona qədər azalıb. Şərhlərdə onlar cütlüyü və prodüserin xarici görünüşünü bəyənmədiklərini yazıblar.

Xatırladaq ki, 2023-cü ilin dekabrında Selena Qomez musiqi prodüseri Benni Blanko ilə görüşdüyünü təsdiqləyib. Məşhur sosial şəbəkədə yeni sevgilisi ilə birgə fotolarını paylaşıb. Ulduzlar bir-birlərini çoxdan tanıyırlar. 2021-ci ildə Selena Gomez və Benni Blanko “I Can't Get Enough” mahnısı üzərində əməkdaşlıq ediblər. Yanvar ayında müğənni ilk dəfə sevgilisi ilə ictimaiyyət qarşısına çıxıb. Sevgililər “Emmi” mükafatlandırma mərasimində birlikdə görüntüləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə