Çində magistral yol çöküb - ölənlərin sayı 36 nəfərə çatıb

Çinin Quandun əyalətində sürətli yolun bir hissəsinin çökdüyü yerdə dağıntıların təmizlənməsi işləri davam edir. SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.

“Saat 05:30-a (Bakı vaxtı ilə 01:30) olan məlumata görə, dağıntılar altından 23 avtomobil aşkar edilib, 36 nəfər ölüb, 30 nəfər yaralanıb, onların həyatı üçün təhlükə yoxdur”, - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə