Azercell öz şəbəkəsinin genişləndirilməsiniyüksək templə davam etdirir
Azercell Telekom şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsinə dair işlərinilk mərhələsini başa çatdırıb. Şirkət bu genişmiqyaslı layihəniavqust ayının əvvəlində həyata keçirməyə başlayıbvə bu müddət ərzində Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki və Yardımlıda quraşdırılmış 250 baza stansiyasında təkmilləşdirmə işləri aparıb.
Şirkət qeyd olunan rayonlarda abunəçilərinidaha da keyfiyyətli bağlantı və yüksəksürətli mobil internet xidmətləri ilə təmin etməyə müvəffəq olub. Bunun sayəsindəAzercell müştərilərimobil tətbiqlər, təhsil platformaları, sosial şəbəkələr, videozənglər,videokonfranslar və digər rəqəmsal xidmətlərdən praktiki istifadə təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqlar.
Layihə çərçivəsində lider mobil operatormüştərilərinin sürətlə artan ehtiyaclarını qarşılamaq və gözləntilərini üstələməkməqsədi ilənövbəti 18 ay ərzində bütünrespublika boyunca 300-dən çox yeni radiobaza stansiyası quraşdıracaq və 1600-ə yaxın mövcud baza stansiyanıtəkmilləşdirəcək.
İşğaldan azad olunmuş ərazilərdə də keyfiyyətli mobil rabitə şəbəkəsinin genişləndirilməsinidiqqət mərkəzində saxlayan Azercell təkcə Laçın rayonunda 11 baza stansiyası quraşdırıb və artıqZabux, Sus və digər kəndlərdə mobil rabitə xidmətləri göstərməyə başlayıb.
Onu da vurğulamaq lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda ilk mobil infrastrukturu məhz Azercell qurub. Şirkətin şəbəkəsi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini əhatə edir.
Ümumilikdə, Azercell qeyd olunan regionlarda artıq 80-dən çox radio baza stansiyası quraşdırıb və bu istiqamətdə fəaliyyətini davam etdirir.
Azercell şirkətişəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi üzrə layihəsini həyata keçirildiyi müddət ərzində ictimaiyyətə mütəmadi olaraq görülən işlər haqda yeniliklər təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB