Hansı ərazilərdə işıqforlar işləmir? - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

Hansı ərazilərdə işıqforlar işləmir? - NƏQLİYYAT EKSPERTİ AÇIQLADI

“Son zamanlar çox təəssüflər olsun ki, işıqforların işləməməsi müşahidə olunur”. Bu fikirləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Nəqliyyat ekspertinin sözlərinə görə, bu hal sırf enerji problemi ilə bağlıdır: “Mən dəfələrlə bununla əlaqədar olaraq həm Bakı Nəqliyyat Agentliyi, həm Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlamışam. Sonda isə məlum olub ki, bu məsələ sırf enerjinin kəsilməsi ucbatından işıqforların fəaliyyətində problem yaranır. Təbii ki, bu, çox ciddi bir problemdir. Bir çox sürücülər yol hərəkəti qaydalarını nə zaman və hansı formada öyrəndiyi məlum deyil. Buna görə də işıqfor işləmədiyi zaman aləm bir-birinə dəyir. Əksər insanlar işıqfor işləmədiyi zaman hansı yol-hərəkəti qaydalarına fikir verməli olduğundan biganədir. İşıqfor işləmədiyi zaman qəza baş verə bilər, sıxlıq yaranır, yolda müəyyən qanuna uyğunsuzluqlar yaranır. Qaydalara əsasən isə, işıqfor işləmədiyi zaman yol-hərəkəti qaydalarına riayət edərək sürmək lazımdır. Lakin biz təcrübədə görürük ki, işıqfor işləmədiyi zaman kim qabağa düşürsə sürüb keçir. Bu baxımdan, işıqforların iş rejiminə ciddi nəzarət olunmaldır. Daha sonra ehtiyat enerji bloku yaradılmalıdır. Hətta işıqforun işləməməsi ölüm hallarının baş verməsinə səbəb ola bilər. Mütləq şəkildə işıqforlar düzgün şəkildə quraşdırılmalıdır ki, enerji resursundan asılı olmasın".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə