“Nəticələr çox yaxşıdır” - NAZİR MÜŞAVİRİ

“Vacib məqamlardan biri qida təhlükəsizliyidir. Nəticələr çox yaxşıdır. Məktəbdə bununla bağlı daha çox maarifləndirmə işləri aparılmalıdır”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev deyib.

Onun sözlərinə görə, bu işlər valideynlərlə də aparılmalıdır: “Məktəb bufetlərində AQTA monitorinqlər aparır. Gələn ildən bufetlərin yoxlanılması ilə monitorinqlər planlaşdırırlır”.

Rüstəm Ağayev sözlərinə belə davam edib: “Hansısa bir pozuntu olarsa onun bağlı Təhsil Nazirliyi tədbirlər görür. Uşaqlar məktəbdə 4-5 saat vaxt keçirir. Onlar təhlükəli qidanı marketdən də ala bilər. Buna görə iş daha çox valideynlərlə aparılmalıdır.

16 Məktəblinin Dostu layihənin iştirakçısıdır. Layihə Bakı, Sumqayıt və Abşeronda 256 məktəbi əhatə edir. Bu da 400 min şagird deməkdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə