Yasamal rayonunda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - DİQQƏT!

Sabah saat 08:00-dan iyulun 3-ü saat 20:00-a qədər Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. SİA xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...