Ermənistanda yarım milyona yaxın insan normal qidalana bilmir - BMT

Ermənistanda yarım milyona yaxın insan normal qidalana bilmir - BMT

BMT-nin Ümumdünya Ərzaq Proqramının Aclıq Xəritəsinə əsasən, Ermənistanda 500 minə yaxın insan az qidalanır. SİA xəbər verir ki, mənbə Ermənistan əhalisinin 3 milyon nəfər olduğu qənaətindədir. Amma reallıq başqadır, bu gün Ermənistanda 2,3 milyon əhali yaşayır.

Xəbərdə deyilir ki, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayı 70 min nəfər artıb. Xəritəyə əsasən, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.

Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7% artıb. 2020-ci ildə bu, 27% idi. Beləliklə, Ermənistanda yoxsulluq həddi 34 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə