İş yerlərində hündürdaban ayaqqabı geyinmək nə dərəcədə düzgündür? - DİQQƏT
"Etiket qaydaları sağlamlığımızı tənzimləyir. İş yerlərində hündürdaban ayaqqabıda hündürlük minimum 2, maksimun isə 5 santimetrə qədər olar". Bu sözləri SİA-ya açıqlamasında Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.
Onun sözlərinə görə, heç hündürlüyün olmaması da onurğaya ziyandır: "Həmçinin, 5 santimetrdən yuxarı da sağlalıqda ciddi problem yaradır".
Günel İbrahim sözlərinə belə davam edib: "Ayaqqabı dabanının səsi də önəmlidir. Addım atarkən vurucu səslər olmamalıdır. Bu həm sizin yerişinizlə əlaqəli, həm də dabanın qalınlığı və materialla bağlıdır.
İş mühitində ucadan danışmamaq, gəzərkən ayaqqabı səslərinin çox bərk olmaması, telefon zəngi səsinin az olması mühümdür. Səssizlik, sabitlik və sağlamlıq önəmlidir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB