Əməkdaşlığın prioriteti Qarabağ münaqişəsi olub - PA RƏSMİSİ

“Ölkəmiz Türkiyə ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Vətəndaş cəmiyyəti sahəsində də müxtəlif təşəbbüslərlə çıxış edilib. Lakin bu ilin əvvəlində Dövlət Dəstəyi Agentliyi belə bir təşəbbüslə çıxış etdi ki, Vətəndaş cəmiyyəti təşkilatlarının əməkdaşlıq forumu və onun nəticəsi olaraq platforma yaransın. Ümid edirəm ki, bugünkü forumun nəticəsi olaraq Türkiyə Azərbaycan QHT-lərinin platforması qurulacaq”. SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu”nda Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.

Onun sözlərinə görə, platformanın yaradılması əməkdaşlığın çərçivələrini müəyyən edəcək və əməkdaşlıq sistemli şəkildə həyata keçiriləcək: “Eyni zamanda bu prosesdə dövlət qurumu olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyi də yaxından iştirak edəcək. Ardıcıl olaraq hər il bu əməkdaşlıq forumunun keçirilməsi nəzərdə tutulub”.

Vüsal Quliyev sözlərinə belə davam edib: “Bizim QHT-lər son 20 ildə Türkiyə QHT-ləri ilə müxtəlif sahələrdə əməkdaşlıq ediblər. Amma bu əməkdaşlığın prioriteti Qarabağ münaqişəsi olub. İşğal dövründə Türkiyə QHT-ləri və mediası nə qədər Azərbaycana dəstək vermişdisə, bunu 44 günlük Vətən müharibəsində də etmişdilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə