Aİİ tələbələri Heydər məscidini ziyarət ediblər - FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri ulu öndər Heydər Əliyevin adını daşıyan məscidi ziyarət ediblər. SİA xəbər verir ki, tələbələrə məscidin inşası və fəaliyyəti haqqında geniş məlumat verilib.

Ziyarət zamanı Heydər məscidinin axund müavini Rza Rzayev, axund köməkçisi Cəfər Cəfərov tələbələrlə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşlərininformalaşdırılması, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə