Qorxu filmlərinin insan psixologiyasında rolu

Qorxu filmlərinin insan psixologiyasında rolu

“Qorxu filmləri hər insan psixologiyası tərəfindən fərqli formada qarşılanır. Elə insanlar var ki, filmdən qorxa bilər, amma eyni filmə baxıb qorxmayan, hətta gülməli nələrsə tapa bilənlər də ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova bildirib.

Onun sözlərinə görə, təbii ki, 16 yaşı tamam olmayan şəxslərin bu cür qorxu filmlərinə baxmamaları tövsiyyə olunur: “Bəzən valideynlər “baxarkən mən yanında idim” desələr belə, uşaq psixikası bunu başqa cür qəbul edir. Buna görə də bu tip kinolara yalnız insanın özü qərar verə bilər ki, mən buna baxa bilərəm ya yox. Hər bir halda insanların qorxu filmlərinə baxmağı ilə bağlı bir qadağa yoxdur. Çünki bəziləri üçün bu əyləncə növüdür, bəziləri üçün isə həyəcan mənbəyi. Amma ümumiyyətlə insan həyatında hər bir emosiaları yaşamalıdır. Buna görə də baxdıqdan sonra heç bir qorxu və həyəcanı özündə daşımayacaqsa, bu zaman qorxu filmlərinə baxılması yaxşı hal belə sayıla bilər. Çünki bu cür qorxu filmlərində insan fərqli hislər, duyğular yaşaya bilir. Amma çox təsir altına düşən, gördüklərini unuda bilməyən insanların isə qəti şəkildə qorxu filmlərinə baxmamaları tövsiyyə olunur. Belə bir məqam da var ki, insanları bəzən qorxu filmlərini sevən və sevməyən olaraq iki qrupa bölməyə çalışırlar. Daha sonra isə bu bölgüyə uyğun şəkildə insanların xarakteriskasını çıxartmağa çalışırlar. Hətta qorxu filmlərinə baxan insanları qəddar belə adlandırırlar. Lakin belə bir şey yoxdur. Çünki insanların psixologiyları fərqlidir. Buna görə də eyni bir qorxu filminə başqa-başqa insanların münasibəti də fərqli olur. Odur ki, qorxu filmlərinə baxa bilib-bilməməyə görə insanlara müəyyən xarakteristika vermək düzgün deyil”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə