Kariyeraya kişilər yoxsa qadınlar önəm verir? - PSXİOLOQ İZAH ETDİ

“İndiki dövrdə qadınların əksəriyyəti işləyir və onlar öz işlərində müəyyən statusa sahibdirlər. Təbii ki, kişi və ya qadın yaxşı gələcək qurmaq və ailələrinə maddi yardım etmək üçün daha çox kariyeraya önəm verirlər”. Bu sözləri Sia-ya açıqlmasında klinik psixoloq Nuriyyə Quliyeva bildirib.

Onun sözlərinə görə, bunun ən əsas səbəbi iqtisadiyyatın sabit olmamasıdı:“Son dövrlərdə pandemiya nəticəsində bir çox insan işsiz qalmış, ailə büdcəsi çökmüşdü. Bu kimi vəziyyətdən sonra ailədə həm qadın, həm kişilər işləməyə başladı. Düşünürəm ki, bu da çox məntiqli və məqsədəuyğun bir prosesdi. Azərbaycan cəmiyyətində hal-hazırda təhsilsiz insanlar çox azdı, hər bir valdeyin övladına təhsil verməyə çalışır.

Fikrimcə, işləməyə yalnız maddi cəhət kimi deyil, psixoloji və mənəvi faktor kimi baxılmalıdı. Çünki işləyən insan özünü müəyyən mənada təsdiq edir, eyni zamanda cəmiyyət üçün lazımlı bir fərd kimi formalaşır. Təcrübəmə əsasən deyə bilərəm ki, ailədə kariyeraya qadınlar yox, kişilər daha çox önəm verirlər. İşləyən qadınlar ailədə uşaqları ilə vaxt keçirtməyə daha çox meyilli olurlar. Lakin işləyən ata daha çox yorğun olur, evə gələrkən müəyyən gündəlik ehtiyaclarını ödəyir və yatır. Hər zaman öz pasiyentlərimə də deyirəm ki, sizin işləməyiniz övladınızla vaxt keçirməy üçün maneə deyil. Siz işdən evə gələrkən 10 dəqiqə onunla maraqlansanız onun hisslərinə toxunaraq ünsiyyət ehtiyacını ödəmiş olarsınız”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə