Zəngilanlıların hamısı gəlib burada doğma vətəndə yerləşəcək Prezident

"Bu gün yarımstansiyanın da açılışını etdik. Mənə məlumat verildi ki, sovet vaxtında Zəngilan rayonunun ümumi enerji tələbatı cəmi 7 meqavat idi, çünki əhali o qədər də çox deyildi.

SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

"İndi isə biz gələcək inkişafı nəzərə almaq şərti ilə yarımstansiyanı 50 meqavatlıq etdik. Bir də ki, əhali artıb. İşğala qədər Zəngilan rayonunun əhalisi təqribən 30 mindən bir qədər çox idi. İndi 45 minə çatıb və əminəm ki, zəngilanlıların hamısı gəlib burada, belə bir gözəl yerdə, doğma vətəndə yerləşəcək", - dövlət başçısı deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə