Xarici dil hansı yaş aralığında yaxşı mənimsənilir? - TƏHSİL EKSPERTİ DANIŞDI

“Şagirdlər tərəfindən xarici dillər ümumiyyətlə, aşağı yaş qrupunda daha yaxşı öyrənilir. Əcnəbi dili öyrənmək üçün 2-3 yaşlı uşağı ingilis və ya alman ailəsinə həvalə etsək o ya ingiliscə, ya da almanca danışacaq. Çünki, bu yaş dövründə dil daha yaxşı mənimsənir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, ümumiyyətlə isə daha yaxşı mənimsənilmə dövrü 8-ci sinifə qədərdir: “Bunun üçün də müvafiq olaraq şagirdlərin xarici dil öyrənməyi ilə bağlı proqramlar var. Bu proqramları da müvafiq olaraq dil kursları daha yaxşı bilirlər. Xarici dil müəllimləri uzun müddət bu peşədə çalışıblar və peşəkar mütəxəssis kimi formalaşıblar”.

Ekspert sözlərinə belə davam edib: “Məsələn, mənim 4 yaşlı övladım ingilis dilində böyüklərdən daha tez sözlər əzbərləyir və daha yaxşı danışır. Açığı, mən özüm belə əcnəbi dili onun kimi tez qavraya bilmirəm. Bu da aşağı yaş kateqoriyasının xarici dili daha yaxşı mənimsədiyinin sübutudur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə