Onkoloq: Qırmızı ət xərçəng yaradır - RƏY

Qırmızı ətin tez-tez qəbulu bağırsaq xərçənginin inkişafına kömək edir. SİA xəbər verir ki, bu barədə nüfuzlu onkoloq İvan Karasev İnstaqram səhifəsində yazıb.

Mütəxəssisin sözlərinə görə, alimlər bağırsaq xərçəngi diaqnozu qoyulmuş 900 xəstədə sağlam və şiş toxumalarında DNT nümunələrinin məlumatlarını araşdırıblar və hər iki vəziyyətdə də ciddi zərər görüblər.

"DNT zədələnməsi çoxlu qırmızı ət yeyən insanlarda daha çox yayılmışdır. Eyni zamanda quş əti, balıq istehlakı və həyat tərzi ilə əlaqəli digər amillərin təsiri burada heç bir əhəmiyyət daşımır”- alim deyib.

O, DNT zədələnməsinin ən yüksək səviyyədə olduğu insanların kolorektal xərçəngdən ölmə ehtimalının 47% daha yüksək olduğunu da əlavə edib.

Onkoloq deyir ki, xərçəngə tutulmamaq üçün, sağlam və təbii qidalanmaq, ət, yağ, şəkər və süni qidalardan mümkün qədər az istifadə etmək, sutkada ən az 8 saat yatmaq, nizamlı fiziki fəaliyyət - gündə ən az 10.000 addım- və təmiz havada gəzmək lazımdır- bunlar insanın əsas ehtiyaclarıdır.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə