"Cəmiyyətin həssas təbəqəsinə qayğının arxasında dövlətin prinspial mövqeyi dayanır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Cənab prezident İlham Əliyevin bütövlükdə həyata keçirdiyi siyasətin ən başlıca istiqaməti Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsinə hesablanıb. Cəmiyyətin həssas təbəqəsi olan şəhid və qazi ailələrinə dövlət tərəfindən xüsusi qayğı var. Bu diqqət və qayğı əvvəla dövlət siyasətinin tərkib hissəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinə göstərdikləri xüsusi qayğı hər kəs üçün nümunə olmalıdır: “İllərlə şəhid ailələri və qazilərə dövlət səviyyəsində dəstək göstərilir. Onların sosial rifahının yüksəldilməsi, müəyyən tədbirlərlə onların qayğılarını dövlətin öz üzərinə götürməsi dövlətin sosial siyasətinin prioritetlərindəndir. Hesab edirəm ki, cəmiyyətin həssas təbəqəsinə qayğının arxasında dövlətin prinspial mövqeyinin olması müharibədə qələbəmizi şərtləndirən səbəblərdən biri oldu. Çünki əgər və zabitlərimiz özünə və ailəsinə dövlət səviyyəsində qayğı görürsə, onlarda dövlətə inam, güvən daha da çoxalır”.
A.Hüseynov vurğulayıb ki, biz hər dəfə ölkə Prezidentinin şəhid ailələrinə, qazilərə diqqətini və qayğısını konkret əməllərlə göstərdiyini müşahidə edirik: “Xocahəsəndə şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış 810 mənzildən ibarət yaşayış kompleksinin salınması, digər tərəfdən şəhid övladlarına aylıq 100 manat həcmində vəsaitin verilməsi, bütövlükdə onların problemlərinin dövlət səviyyəsində həllini tapması dövlətin sosial siyasətinin tərkib hissəsidir. Azərbaycanın iqtisadi gəlirləri artdıqca vəsaitlər daha çox sosial siyasətə və bilavasitə şəhid və qazilərimizin müalicəsi, həmçinin ailələrinin rifahının yaxşılaşdırılmasına yönəldilir. Bütün bunlar Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqamətləridir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB