Xoşbəxt münasibət və evlilik üçün 4 qızıl qayda

Əlbəttə, problemsiz münasibət yoxdur. SİA xarici mətbuata istinadən xəbər verir ki, ancaq münasibətlərdə özünüzü qoruyacaq bəzi qaydalara diqqət etmək, münasibətinizi inamla irəli aparmağınıza səbəb olacaq.

Başqasını sevməyi seçmədən əvvəl özünüzü sevin

Əgər özünüzü sevə bilmirsinizsə, birlikdə olduğunuz insanı necə sevəcəksiniz? Həyatınız necə sevgi ilə dolacaq?

Kim olduğunuzu qəbul etməli və qiymətləndirməli, hər səviyyədə özünüzə hörmət etməlisiniz. Bunu etdikdə, münasibətdə nəyi layiq olduğunuzu və sizi xoşbəxt edəcək şəxs tipini dəqiq biləcəksiniz.

Layiq olduğunuzdan azı qəbul etməyin

Münasibətdə nə qədər dəyərli olduğumuzu anlamaqda çətinlik çəkirik. Bunu bil ki, sən hər şeyə dəyərsən.

Azadlığınızı tapın və qoruyun

Artıq müasir zəmanədir. Kişilər və qadınlar birlikdə yaşayır, evlənir və hələ də ayrı bir bank hesabları var, bir-birlərindən uzaq vaxt keçirir və öz hobbilərinə sahibdirlər. Heç vaxt münasibətlərdə müstəqilliyinizi itirməyin. Bu gec-tez inciklik və xəyanətə səbəb olacaq.

Başqasına görə sizin üçün ən vacib olan şeydən əl çəkməyin

Heç kim sizdən prinsiplərinizdən, əxlaqınızdan və standartlarınızdan imtina etməyinizi istəməməlidir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə