Rusiyada 1917-ci ildə baş verən bolşevik inqilabı ilə birlikdə ilk dəfə sosializm özünə dövlət səviyyəsində yer tapdı. Lenin və sonradan SSRİ-nin digər liderləri sosializmin iqtisadi və siyasi ideologiyasını praktikaya qoydular. Ancaq SSRİ-nin müəyyən uğursuzluqları oldu. Bu da siyasi spektrumun solunda yerləşən bir çox siyasətçinin sosializmə artıq şübhəylə baxmasına gətirib çıxartdı. Sırf bu səbəbdən sosial demokratiya yarandı və geniş şəkildə yayılmağa başlandı.

Sosial demokratiya əsasən iqtisadi olaraq kapitalizm və sosializm arasında bir kompromis (güzəşt) olaraq qəbul edilir. Ancaq sosial demokratiya başlı başına ayrıca bir siyasi ideologiyadır. Sosial demokratiya liberalizmin yaratdığı laissez-faire iqtisadiyyatına qarşıdır və bunun bərabərsizlik yaratdığına inanır. Ancaq sosializmdən fərqli olaraq, sosial demokratiya bu bərabərsizliyin aradan qalxması üçün inqilabı zəruri görmür. Sosial demokratlar inanırlar ki, bütün sosial siniflər arasında əməkdaşlıq olmalıdır. Hər hansısa bir sosial sinifin hakimiyyəti ələ keçirib diktatura qurması ümumi maraqlara ziddir. Sırf bu səbəbdən, onlar inqilabi yox, demokratik dəyişikliyin tərəfdarıdırlar. Və eləcə də, inanırlar ki, bir siyasi ideologiya sadəcə tək bir sosial sinifi qucaqlamamalıdır.

Sosial demokratiya həm də rifah dövləti anlayışını da dəstəkləyir. Sosializmdən fərqli olaraq sosial demokratiya əksər sahələrin yox, bəzi ciddi önəmi olan sahələrin dövlət tərəfindən idarə edilməsinin tərəfdarıdırlar (məs: səhiyyə və təhsil).

Bütün xəbərlər Facebook səhifəmizdə