YAP Suraxanı rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Vətən Müharibəsi qaziləri Yeni Suraxanı qəsəbəsi sakini Sultanov Azad Firidun oğlu və Binə qəsəbəsi Südçülük yaşayış sahəsinin sakini Rufullayev Namiq Arif oğlunun ailələrini ziyarət etmiş, ailələrə sovqat aparmış və qayğıları ilə maraqlanıblar. SİA xəbər verir ki, səmimi keçən görüş zamanı Vüqar Seyidov şəhidlərimizin xatirəsini əziz tutaraq onların ruhları qarşısında baş əydiyini ifadə edib, qəhrəman şəhidlərimiz bütün xalqımıza heç vaxt unudulmayacaq bir qələbə ərmağan etdiyini vurğulayıb.
Qazilərimizin şərəfli döyüş yolunu yüksək qiymətləndirən təşkilat sədri hər bir Azərbaycan vətəndaşının qazilərə və şəhid ailələrinə xüsusi diqqətlə yanaşmağa borclu olduğunu bildirib. Bu müqəddəs işdə cənab Prezident İlham Əliyevin və çoxhörmətli Mehriban Əliyevanın cəmiyyətimiz üçün etalon təşkil etdiyini bildirib.
Sonda Vətən Müharibəsi qaziləri göstərilən diqqətvə qayğıya görə Yeni Azərbaycan Partiyası Suraxanırayon təşkilatına öz minnətdarlıqlarını bildirmiş, göstərilən qayğını hiss etmək yaralarının sağalmasına mənəvi dəstək olduğunu deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB