YAP Qusar rayon təşkilatı partiya veteranını təltif etdi

YAP Qusar rayon təşkilatı partiya veteranını təltif etdi

YAP Qusar rayon təşkilatı Əcəxür kənd ərazi ilk partiya təşkilatının sədri, partiya veteranı İbramxəlilov Hacıkamal Nurəddin oğlunu anadan olmasının 70 illiyi münasibətilə Fəxri Fərmanla təltif etmişdir.Uzun illər dövlət qulluğu ilə yanaşı, təşkilatın siyasi həyatında səmərəli fəaliyyətinə görə ərazi ilk partiya təşkilatının sədrinə minnətdarlıq bildirilmiş və yubileyi münasibətilə təbrik edilmişdir.

H.İbramxəlilov 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 22 il ərazi ilk təşkilatın sədridir.

Partiya veteranı yaradıcısı Ümummilli Lider Heydər Əliyev olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi və Zəfər tarixinin yazılmasında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının üzvü olması ilə qürur duyduğunu bildirmişdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə