"Səs” qəzetinin Azərbaycanda yaranan ilk müstəqil mətbuat orqanlarından biridir. Bu mətbuat orqanının Azərbaycanda fikir və söz azadlığına, xüsusilə də ölkəmizin milli və dövlət maraqlarının qorunmasına müstəsna xidmətləri var. Qəzet fəaliyyətə başladığı ilk günlərdən bu günə kimi hər zaman birmənalı bir informasiya siyasəti yürüdüb. Təbii ki, bu informasiya siyasətinin də təməlində milli maraqlarımızın, ərazi bütövlüyümüzün qorunması, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilmiş dairələrin, qüvvələrin ifşa olunması dayanıb. Bu, çox mühüm amillərdən biridir. SƏS Media Qrupun çox səmimi bir kollektivi var. Mən bütün kollektivi qəzetin 30 illik yubileyi münasibətilə təbrik edirəm. Ümid edirəm ki, "Səs” qəzeti Azərbaycan mediası tarixində bundan sonra da uğurlarını davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB