Qızı zorakılığa, özü təhqirlərə məruz qalsa da, prokuror “bu qadını basın dama” dedi - ARAŞDIRMA-VİDEO
Prokuror Yusif İldırımzadə ilə müstəntiq birləşib, zərərçəkən Aynurə Qafarovanı cinayətkar çıxartdılar
Azərbaycan xalqının min illərdir ki, mövcud olan və bu gündə öz aktuallığını qoruyub, saxlayan ailə dəyərləri var. Özəllikləri ilə seçilən böyük- kiçik, valideyin – uşaq, ər-arvad münasibətlərindən başqa Azərbaycanda həm də, namuslu, qeyrətli ailənin mövcudluğu əsas dəyər olaraq seçilir. İstər qızların ərə verilməsi, istərsədə oğlanların evləndirilməsi zamanı valıdeyinlər qohum olmağa hazırlaşdıqları ailənin vəziyyəti, nəsli, kökü haqqında geniş və əhatəli məlumatlar toplayırlar. Yəni ailələr vaxtlarının müəyyən hissəini bir –biri haqqında “kəşfiyyat” – məlumat toplanmasına həsr edib, nəhayət qərarlarını verirlər. Bu kimi geniş araşdırmalar ailənin möhkəmliyinə təsir edir və ona görə də, digər xalqların ailə modeli ilə müqayisədə Azərbaycan ailələrində boşanmaların sayı kifayət qədər azdır. Amma boşanmalar var və bu boşanmaların stastikası onunla bağldır ki, ailə quran cütlüklər ya sosial şəbəkələrdə, ya da metroda, avtobusda təsadüfi tanış olanlardır. Xüsusilə də, bu tanışlıq bir-birini öyrənmədən, xasiyyətlətinə bələd olmadan, birgə ömür sürə biləcəklərini tam aydınlaşdırmadan vətəndaş nigahı bağlayanlardır.
Tanışlıqdan qısa müddət sonra, ailənin qurulması sonrakı mərhələdə aildaxili problemlərin yaranmasına gətirib çıxarır və məlum olur ki, cütlüklərin xasiyyətləri fərqlidir. Sosial, iqtisadi, psixoloji problemlərdə boşanmalara əsas olan səbəblərdəndir. Boşanmalara təkan verən səbəblər sırasında, müasir dövrün informasiya texnalogiyalarıda təsir edir. Deyəki, qadına və ya kişiyə, arzuolunmaz zənglərin gəlməsi, mesajların daxil olması və ya facebook-da üstü örtülü yazışmalar beyni dumanlı, əsəbi kişinin və ya qadının boşanmaq üçün məhkəmələrə müraciət etmələrinə gətirib çıxarır. Təbii ki, boşanma bir qadının və ya kişinin sonu deyil. Həyat davam edir və hər iki şəxs ikinci baharlarını yaşaya bilərlər. Ancaq normal və sakit yaşamı valideynləri boşanan azyaşlı uşaqlara aid etmək olmaz. Çünki, ata və ya ana boşandıqlarından sonra başqası ilə ailə qurduqları zaman azyaşlı uşaqlar babalarının yanında qalmağa məcbur edilirlər. Bəzi hallarda uşaq evlərinə də yerləşdirilirlər. Bununlada ata nəvazişindən, ana qayğısından gənarda qalırlar.
Bu da etiraf olunmalıdır ki, uşaqların psixalogiyasına, həyat tərzinə qisməndə olsa mənfi təsirlər göstərir. Bununla belə kişilərdən fərqli olaraq elə qadınlar var ki, ömürünü-gününü övladlarına bağlayırlar. Bu kimi fədakar qadınlar uşaqlarına həm ana həm də, ata olmağa çalışırlar. Çətin olsada, ana övladının sağlam, bilikli və maddi ehtiyaclarının ödənilməsi üçün hər cür əziyyətə, zəhmətə qatlaşır. Ancaq uşaqlar böyüdükcə, ailənin də problemləri, qayğıları artır və bu zaman fədakar ana çarəsiz bir duruma düşür. Ailədaxili ağır problemlər uşaqların nəzarətsiz qalmasına gətirib çıxarırki, bundan da cinayətkar dəstələr öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Xüsusi ilə də, qızların sadlövlüyündən, səmimiyyətindən, yalan vədlərə tez aldanmalarından istifadə edən parazit məxluqlar onları öz torlarına salmağa çalışırlar və müəyyən hallarda öz mənfur niyyətlərinə də, nail olurlar.
14 yaşlı qızın acı taleyi
Məşəqqətli talelər yaşayan, Türkiyəyə, Dubaya aprılan, bəzi hallarda ömürləri yarımçıq olan qızların müəyyən hissəsi məhz nəzarətsizliyin qurbanı olanlardır. Valideynləri boşanan və anası ilə birgə yaşayan 14 yaşlı Gülay Manafova da (az yaşlı olması səbibndən ad və soyadı şərtidr - red.) az qala nəzarətsizliyin qurbanı olan qızların sıyahısına daxil olacaqdı. Evli kişidən aldığı zərbənin təsirindən hələ də özünə gələ bilməyən, uzun müddətdir ki, depresiyada, stress içində olan G.Manafova yaxşı insanların dəstəyi, fədakar anasının yardımı ilə normal həyatına qayıda bilib. Ancaq G.Manafovanın anası Aynurə Qafarovanın redaksiyamıza ünvanladığı şikayət məktubunda yazılanlara və Səs TV-yə verdiyi açıqlamasından məlum olur ki, G.Manafovanı tora salmaq istəyən evli oğlan və onu himayə edənlər təhdid və təzyiqlərindən əl çəkməyirlər. Şikayətçinin sözlərinə görə, kirayə yaşadıqları Xətai rayonu N.Tusi küçəsində Kənan Binnətov adlı evli kişi müxtəlif şirnikləndirici vədlərlə 14 yaşlı qızını yoldan çıxarıb və ona qarşı seksual hərəkətlərə yol verib: “Mən işimlə əlaqədar olaraq, bəzən rayonlara gedirəm. Bunu bilən K.Binnətov qızımı maşınına mindirərək, içki məclisinə aparıb və ona 5 bakal pivə içizdirb. Sonrada qızımın sərxoş olmağından istifadə edərək, ona qarşı seksual hərəkətlər edib. Qızım çətinliklədə olsa özünə gəlib və K.Binnətovun ona qarşı iyrənc hərəkətlər etməsinə öz etirazını bildirib. Amma nəticəsi olamayıb, K.Binnətov qızıma zor tətbiq edib. Qızım oğlanı vurub, üz-gözünə cırmaq atıb. Hadisə 2019-cu ilin oktyabrında olmasına baxmayaraq hələ də, K.Binnətovun üzündə və bədənin müxtəlif yerlərində qızımın özünü qorumaq üçün etdiyi xəsarətlərin izləri qalır”.
A.Qafarova onu da bildirir ki, qızına qarşı iyrənc hərəkəti eşitdikdə, rəfiqəsi Nailə xanımla K.Binnətovun yaşadığı evinə gedib və ona sərt xəbərdarlıq edib, qızının rahat buraxmasını tələb edib: “Əsəbi və qorxu içində evimə qayıtdıqdan az sonra, K.Binnətov yaşadığımız mənzilə gəldi və bizi nalayiq söyüşlərlə təhqir etdi, bizi məhv edəcəyi ilə hədələdi. Mənim saçımdan tutub, özünə tərəf sıxdı”.
A.Qafarova şikayət ərizəsində yazır ki, ağır və səksəkəli həyat dramı məhz bu hadisədən sonra başalayıb: “2019-cu il oktyabrın 26-da K.Binnətov Xətai rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət edərək, guya mən onu bucaqla yaralamışam. Müxtəlif qaranlıq yollarla düzüb, qoşub məhkəmə tibbi erspertizadan da saxta rəy alıblar. Bir qədər də dərinə gedərək, mənim 3 günlük polis bölməsinin kamerasında saxlanmağıma nail oldular”.
Şikayətçi qeyd edir ki, Xətai rayonun keçmiş prokuroru Yusif İldırımzadə və polis şöbəsinin müstəntiqi Rəşad Cəfərov birləşərək, onun məhkəmə qarşısına çıxarılmasına nail olublar: “Məni keçmiş prokuror Yusif İldırımzadənin yanına gətirdilər. Yusif İldırımzadə bir xeyli özünü təriflədi, xidmətlərindən, peşəkar hüquşünas olmağından danışdı. Xahiş etdim ki, ədalətin üzə çıxması üçün ona bir dəqiqəlik danışmasına vaxt versin. O isə “olmaz” dedi və polislərə üzünü tutub, “bu qadını basın dama” söylədi. 3 gün polis bölməsinin zirzəmisində saxlanıldım və nəhayət dövlət hesabına mənim hüquqlarımın müdafiəsi üçün ayrılan vəkilin yardımından sonra məni məhkəməyə qədər evə buraxdılar. Hazırda iş üzrə məhkəmə prosesi Ağır Cinayətlərə dair Məhkəmədə gedir. Haqqın, ədalətin üzə çıxacağına ümidim azdır. Çünki, hakim işə birtərəfli qaydada baxır, qızıma zor tətbiq edən, məni döyub, küçə söyüşləri ilə təhqir edən K.Binnətovun maraqlarından çıxış edir. Vəkilim dəfələrlə vəsatələr qaldırsada, hakim bu vəsaitləri rədd edib”.
“Yusif İldırımzadə cəmiyyətdə rüşvətxor, korrupsioner prokuror kimi tanınıb”
A.Qafarova pozulmuş hüquqlarının bərpası üçün aidiyyati dövlət qurumlarından kömək istəyir. Deyir ki, hüquqi, demokratik dövlət olan Azərbaycanda saxta istintaq araşdırmaları ilə ona qarşı irəli sürülən ittihamlara son qoyulacağına onda inam var: “Məndən ilkin istintaq dövründə, müstəntik rəfiqəm vasitəsilə 2 min mant pul istədi. Dedim ki, etmədiyim əmələ görə niyə pul verməliyəm? Bu da müstəntiqləri məndən narazı saldı və nəticədə, uzun illər tanıdığım rəfiqəmdən əleyhimə saxta izahat aldılar. Düzüb qoşub, K.Binətovun qardaşını bir-birinə zidd izahat yazmağa məcbur etdilər. İndi də həyatımla qaçdı tutdu oynayırlar. Həm polis, həm məhkəmə, həm də K.Binnətovun ailəsi məni hədələyirlər”.
Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz Xətai rayon polis idarəsinin müstənqtiqi Rəşad Cəfərov ona qarşı şikayətçi tərəfindən irəli sürülən bütün ittihamların əsasız olduğunu bildirdi. Sübut etməyə çalışdı ki, o iş üzrə istintaq araşdırmasını qanuvericiliyin tələblərinə uyğun aparıb. Müstəntiq A.Qafarovadan 2 min mant rüşvət istəməsi ittihamını da etiraf etməyək, haqqında səslənən fikirlərin yalan olduğunu söylədi: “İttiham edilən şəxsin və zərərçəkənin, elcə də iş üzrə adı keçən şahidlərin dindirliməsində, izahatlarının alınmasında heç bir qüsurlara, qanunsuzluqlara yol verilməyib. Artıq işə məhkəmdə baxılır. Qərarıda məhkəmə verəcək”.
Tanınmış hüquqşünas Səməd Vəkilov bizimlə söhbətində zərərçəkən qismində tanınmalı olan Aynurə Qafarovanının və qızının istintaq orqanları tərəfindən cinayətkar kimi təqdim edilib, məhkəmə qarşısına çıxarılmasını qanunsuzluq adlandırdı. Bildirdi ki, əgər ibtidai istintaqın aparılması zamanı şəxsin təqsirləndirlməsinə dair əsaslı şübhələr varsa, o halda Ağır Cinayətlərə dair Məhkəmədə hakim işin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmasını təmin etməlidir. İstintaqa qaytarıldıqdan sonra köklü araşdırma ilə obyektiv nəticəyə gəlib, müvafiq qərar vermək olar”.
S.Vəkilov onu da bildirdi ki, Xətai rayonun keçmiş prokuroru Y.İldırımzadə A.Qafarova haqında heç bir araşdırma aparmayıb və bunlada daha bir insan taleyinin alt-üst edilməsinə hesablanan qərar verib: “Y.İldırımzadə cəmiyyətdə rüşvətxor, korrupsioner prokuror kimi tanınıb. Bu baxımdan onun apardığı istintaqın şübhə altına alınması təbiidir”.
İ.ƏLİYEV
P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB