Azərbaycan diplomatiyası qarşısında Paşinyanı yenə rəzil durumda

Prezident İlham Əliyev: "Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar"

Azərbaycan işğalçı Ermənistana diplomatiya müstəvisində də böyük zərbələr vurmaqda, bu ölkənin siyasi iflasını uğurla həyata keçirməkdədir. İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlər, sammitlərdə Ermənistanın işğalçılıq siyasəti ifşa olunub, rəhbəri çıxılmaz vəziyyətə salınıb və dünya erməniliyinin əsl məkrli mahiyyəti

faktlarla göstərilib. Şərq Tərəfdaşlığı ölkələrinin, MDB dövlət başçılarının sammitlərində, Münxen Təhlükəsizlik Konfransında və digər nüfuzlu tədbirlərdə baş verənlər bunun real təsdiqidir.

Ermənistan növbəti belə diplomatik zərbəni Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında keçirilən sammitində aldı. Prezident İlham Əliyev konkret faktlar əsasında Ermənistanın baş naziri Nikol Paşinyanı növbəti dəfə yerində oturtdu.

"Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Və həmişə olduğu kimi, bu dəfə də Sammitdə Ermənistanın baş naziri Nikol Paşinyanın hər zaman olduğu kimi məntiqsiz, cəfəngiyyatla, yalanla dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Prezidentimiz tərəfindən kəskin şəkildə cavablandırıldı. Və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Ən tutarlı məqam isə, Prezident İlham Əliyevin bütün tədbirlərdə həm rus, həm də ingilis dillərində ciddi arqumentlərlə dolu məntiqli çıxışları ilə Nikol Paşinyanın qorxulu kabusuna çevrilməsi idi. Ölkə başçısı bütün mötəbər tədbirlərdə olduğu kimi bu sammitdə də Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, Ermənistana qarşı diplomatik hücuma keçməklə onların işğalçı siyasətini ifşa etdi: «Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Bütün bunların fonunda işğalçı bir dövləti təmsil edən Paşinyan isə çıxışı zamanı bir daha elə işğalçı təfəkküründə və dilində səsləndirdiyi replika onu yenidən Münhen konfransındakı kimi gülüş hədəfinə çevirdi. Və ən gülünc vəziyyətə düşməsi isə əvvəlki Münhen konfransındakı ingilis dili səviyyəsindən heç bir irəliləyişin olmadığını, əksinə kağızdan belə düzgün oxumağı da bacarmadığını bir daha nümayiş etdirdi.

"Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar"

Prezidnt İlham Əliyev sammitdə Ermənistanın baş nazirinə hətta nəyi danışmağın da yolunu belə göstərməsi bir daha onu sübut etdirdi ki, gör erməni xalqı necə bədbəxt xalqdır ki, bu günə kimi, bu işğalçı ölkəyə ağıllı bir adam rəhbərlik etməyib. Və sammitdə Nikol Paşinyanın ermənilərə qarşı "irqçilik siyasəti" aparılmasına qarşı dediyi fikirlərə Azərbpycan Prezidentinin tutarlı cavabı bir daha Ermənistanın baş nazirini gülünc vəziyyətə saldı: "Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim".

“Şərq Tərəfdaşlığı” ölkələrinin video konfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Ermənistan baş naziri tədbirdəki çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunmuş “Naqornıy Karabagh” sözünü işlətdi. Ermənicə çıxışında isə “Artsax” sözünü deyir. Bu, bir daha onu göstərir ki, Ermənistanın baş naziri yalnız daxili auditoriyaya hesablanan çıxışlarında beynəlxalq aləmin tanımadığı “Artsax” ifadəsini işlədir. Paşinyanın Sammitdəki çıxışı həm də Ermənistan baş nazirinin “ingilis dili səviyyəsini” göstərdi. O, əvvəlcədən hazırlanan çıxışını kağızdan ingilis dilində oxusa da, sonra fikirlərini bu dildə ifadə edə bilmədi. Çıxış yolu erməni dilində danışmaq idi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və təsirin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını da qeyd etdi.

Erməni terroru ilə bağlı daha bir ifşaedici fakt

Yeri gəlmişkən qeyd edək ki, erməni terroru ilə bağlı daha bir ifşaedici fakt da Prezident İlham Əliyev tərəfindən yenidən diqqət mərkəzinə gətirildi. Videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin çıxışından sonra iddia etdi ki, guya Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirməsinə dair qərar verib. Bu arada Nikol Paşinyanın isterik vəziyyətdə həm ingilis, həm də erməni dilində danışması konfrans iştirakçılarının çaşqınlığına səbəb oldu.

Sonra isə o, Ramil Səfərovun Azərbaycana ekstradisiyası və onun burada əfv edilməsindən narazılıq edib. Amma cavabı da dərhal elə anında da Prezident İlham Əliyev tərəfindən verilib: "Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə, Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

Danılmaz həqiqətdir ki, Ramil Səfərovun Azərbaycana ekstradisiyası ilə bağlı erməni tərəfinin hər dəfə qaldırdığı hay-küyün heç bir əsası yoxdur. İlk növbədə ona görə ki, 1983-cü ildə qəbul olunmuş "Məhkumların təhvil verilməsi barədə” Strasburq Konvensiyasına qoşulan ölkələrdən biri məhbusu öz ölkəsində cəza çəkmək üçün digərinə ekstradisiya edə bilər. Məhbusu qəbul edən tərəf cəzanın çəkilməsini təmin edə, yaxud cəzanı həmin ölkənin daxili hüquqi prosedurları çərçivəsində dəyişdirə bilər. Azərbaycan həmin konvensiyanı qəbul etdiyinə görə Macarıstan Ədliyyə Nazirliyi Ramil Səfərovun ekstradisiyasını həyata keçirib. Konvensiyaya görə cəza həmin ölkənin qanunvericiliyinə əsasən tənzimlənə bilər.

Ermənistanın gerçək üzü…

Göründüyü kimi, terrora dövlət səviyyəsində özünü nümayiş etdirən Paşinyan yenə də sərsəm ritorikaları və diplomatiya tarixinə ləkə gətirən qeyri-ciddi çıxışı ilə diqqəti ilə bir daha gerçək üzünü göstərdi. Və Azərbaycan Prezidenti İlham Əliyev əvvəlki beynəlxalq toplantılarda olduğu kimi, növbəti dəfə də Paşinyanın yalan üzərində qurulmuş çıxışını dəqiq faktlara və arqumentə əsaslanan məntiqli fikirləri ilə alt-üst etdi. Azərbaycan Prezidenti bir daha işğalçı rejimin rəhbərini rəzil gününə saldı. Digər tərəfdən Paşinyan aldığı cavabla erməni terrorunu bir daha gündəmə gətirdi. Belə ki, qeyd olunduğu kimi, Prezident İlham Əliyev çıxışında erməni terrorçusu Karapetyanla bağlı məsələyə toxundu. Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədinin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunmuşdu. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilmiş, mənzil və işlə təmin olunmuşdur.

Bu, bir daha onu göstərir ki, qanlı terror törədən insanın Ermənistanda qəhrəmanlaşdırılması adi haldır. Bu, Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan biridir. Bu məqamın beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidenti tərəfindən yenidən gündəmə gətirilməsi Ermənistanı növbəti dəfə mat vəziyyətinə saldı.

Beləliklə, Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm də bütün iştirakçılar qarşısında aciz və gülməli duruma düşməsi bir daha onun küçə adamı olaraq qaldığını nümayiş etdirdi.

Bir sözlə, Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş nazirinin sərsəm və əsassız iddialarına tutarlı faktlarla cavabı bir daha Ermənistan rəhbərliyinə beynəlxalq hüquqdan və tarixdən bir daha əsl dərs verməklə, onu bu dərslərdən nəticə çıxarmağa çağırdı.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə