"Azərbaycan regional liderlikdən qlobal əməkdaşlıq mərkəzinə çevrilməkdədir" - ŞƏRH EDİLDİ
"Son 15 gün ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq arenada fəal diplomatik fəaliyyət göstərmiş, dörd mühüm zirvə toplantısında iştirak edərək ölkəmizi yüksək səviyyədə təmsil etmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu zirvə görüşləri müxtəlif coğrafi məkanlarda – Avropa, Asiya və digər bölgələri əhatə edərək, Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini və Prezident İlham Əliyevin qlobal miqyasda artan nüfuzunu bir daha nümayiş etdirib:
"Cənab Prezidentin bu qısa zaman çərçivəsindəki iş qrafiki həm gərginliyi, həm də əhəmiyyətinə görə diqqət çəkir. Onun iştirakı ilə keçirilən hər bir görüş, yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda regional və qlobal təhlükəsizlik, enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və sülh təşəbbüsləri baxımından strateji əhəmiyyət daşıyır.
Zirvə toplantılarında cənab İlham Əliyevin irəli sürdüyü təkliflər, etdiyi çıxışlar və apardığı danışıqlar bir daha göstərdi ki, Azərbaycan regional sabitlik və əməkdaşlığın təşəbbüskarı və aparıcı iştirakçısıdır. Dövlət başçısı həm ikitərəfli görüşlər çərçivəsində, həm də çoxtərəfli formatda keçirilən müzakirələrdə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etmiş, ölkəmizin sülh və əməkdaşlıq yönümlü siyasətini beynəlxalq ictimaiyyətə çatdırmışdır.
Son günlər ərzində Prezident İlham Əliyevin iştirakı ilə baş tutan böyük tədbirlər – beynəlxalq forumlar, iqtisadi əməkdaşlıq platformaları və strateji görüşlər, Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirmiş, ölkəmizin müasir çağırışlara uyğun şəkildə aktiv və çevik xarici siyasət apardığını sübut etmişdir. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi diplomatik fəaliyyət ölkənin milli maraqlarının təmin olunmasında, beynəlxalq arenada nüfuzunun və söz sahibliyinin artmasında mühüm rol oynayır. Onun rəhbərliyi ilə Azərbaycan regional liderlikdən qlobal əməkdaşlıq mərkəzinə çevrilməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə