Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur
Heç kəsə sirr deyil ki, gənclik bir millətin tərəqqisi, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Yaxın tarixi keçmişimizdə - Sovet dönəmində bu quruluşa xas stereotiplərə görə cəmiyyətdə mövqe sahibi olmaq, dövlət strukturlarında çalışmaq üçün bəlli bir yaş həddini keçməli idin. Belə bir quruluşda gəncliyin inkişafından və cəmiyyətdəki rolundan danışmağa dəyməzdi. Lakin Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də xalqın təkidli tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlara başlandı. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir.
1996-cı il fevralın 2-də Azərbaycan Respublikası gənclərinin Birinci Forumunun keçirilməsi ölkədə müstəsna əhəmiyyətə malik bir hadisə idi. Ulu öndər Heydər Əliyevin şəxsən iştirak etdiyi Forum ölkəmizin qarşısında duran vəzifələrin reallaşmasında gənclərin fəal iştirak etməyə hazır olduğunu göstərmiş və gənclərlə işin ciddi şəkildə canlanmasına səbəb olmuşdur. 1997-ci il fevralın 1-də ilk Forumun ildönümü münasibətilə fəal gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev, fevralın 2-sini Azərbaycan Gənclər Günü elan etmişdir. Həmin vaxtdan etibarən ənənəvi olaraq, hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Müdrik, uzaqgörən rəhbərimiz Heydər Əliyev Sovet Azərbyacanına rəhbərlik etdiyi ilk illərdən çətin totalitar kominist rejimi şəraitində, bu günümüz və gələcəyimiz üçün, gənc kadrların yetişdirilməsi məqsədi ilə onların xarici ölkələrdə təhsil olmaları üçün çox böyük işlər görmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunmuşdur ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və ciddi uğurlar əldə olunmuşdur:
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində dövlət quruluculuğunda, dövlət idarəçiliyində, vətənimizin müdafiyyəsində mühüm rol oynayırlar. Cənab Prezident tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir.
Prezident Cənab İlham Əliyev hər bir sahədə olduğu kimi, uğurlu gənclər siyasətinin nəticəsidir ki, gənclər dövlət idarəçiliyində, dövlət və hakimiyyət orqanlarında rəhbər vəzifələrə təyin edilirlər, xalqın, seçicilərin ehtimadını qazanaraq yüksək səs çoxluğu ilə seçkili orqanlarda, o cümlədən Milli Məclisdə təmsil olunurlar Milli Məclisdə məclisin üzvü olaraq, millət vəkili olaraq xalqımızın, seçicilərin etimadini öz əməli işləri ilə, dövlətçiliyimizə, milli maraqlarımıza şərəflə, vicdanla, vətənpərvərcəsinə doğruldurlar.
Ölkəmizdə aparıcı qüvvə olan ümümxalq partiyası olan YAP Gənclər Birliyinin sədri Seymur Orucovun Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi, sədr müavini Ramin Məmmədovun Milli Məclisə üzv seçilməsi və başqalarının dövlət idarəçiliyində təmsil olunmaları bir daha təstiq edirki həqiqətən Azərbyacan gəncliyi Prezident Cənab İlham Əliyevin uğurlu, məqəsdyönlü, düşünülmüş daxili və xarici siyasətinə xidmət etməklə hər bir sahədə öz bilik və bacarıqlarına yüksək səviyədə nümayiş etdirirlər və məndə Azərbaycan gəncliyinin bir nümayəndəsi olaraq, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovla 2019-cu ildə Lerik rayonunda tədbirdə olarkən onun yüksək intelektə, fəlsəfi düşüncə tərzinə malik olmasını, prezidentimizin siyasətinə dərindən bələd olmasına, tətənpərvər gənc olması məndə ona qarşı böyük hörmət yaratmışdır. Ona görədə o, YAP Gənclər Birliyi təşkilatının nümayəndəsi olaraq seçicilərin inamını qazanaraq Milli Məclisdə gənclərimizi uğurla təmsil edir. Ramil müəllimlə Lerik rayonunda olarkən çəkdirdiyimiz şəkilidə oxuyuculara təqdim etmək istərdim.
Bütün bunlar Azərbaycan gəncliyinin sabaha inamla baxmasına əsas verir. Gənclər əmindirlər ki, Azərbaycan məhz cənab İlham Əliyevin rəhbərliyi ilə daha da xoşbəxt, parlaq gələcəyə qovuşacaq və bu yolda bir vətəndaş olaraq onlar həmişə öz liderlərinin yanında olacaqlar.
Agah Namazov
YAP Tovuz rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB