Göksel Gülbey: “Erməni lobbisinə qarşı Azərbaycan və Türkiyə diaspor təşkilatları ortaq hərəkət etməlidirlər” - MÜNASİBƏT
"Hər bir millətin diasporu olmalıdır. Əgər Azərbaycan və Türkiyə bir millətdirsə, onun eyni bir diasporu olacaq. Gəlişimizin səbəbi də buradakı təşkilatlarla birləşib protokol imzalayaq və bundan sonra erməniyə qarşı aparacağımız bütün fəalliyətlərdə, tədbirlərdə Azərbaycan və Türkiyə təşkilatları ortaq hərəkət etməlidirlər". Bu barədə SİA-ya açıqlamasında İğdır Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksel Gülbey məlumat verib. O bildirib ki, artıq ermənilərə qarşı ortaq mücadilə etmək zamanıdır. Onun sözlərinə görə, bir millət olduğumuz halda bir diasporumuz olacaq. Erməninin türk torpaqlarında qurulan yalançı və terrorçu bir ölkə olduğunu deyən G.Gülbey vurğulayıb ki, əgər o həqiqi bir dövlətdirsə öz dövlətinin sərhədini özü qorumalıdır.
"Azərbaycan əsgəri öz sərhədini, türk əsgəri öz sərhəddini qoruyur. Bəs, Ermənistanın sərhədini kim qoruyur. Bu gün Türkiyənin Əlican sərhəd qapısından baxdıqda türk bayrağı var, ancaq erməni bayrağı yoxdur. Əgər dövlətsənsə sərhəddində bayrağın dalğalanmalıdır. Bu gün Türkiyədə 40 minə yaxın qanunsuz erməni çalışır. Əgər türk qatildirsə, bizim ərazimizdə niyə yaşayıb, sığınıb, ölkəmizdə çalışırsınız? Sənin düşmənin evində nə işin var?", - deyə o əlavə edib.
G.Gülbey qeyd edib ki, ermənilər tarix boyu türklərin onlara qarşı soyqırımı etdiklərini dünyaya bildirirlər: "Əslində isə bunların həqiqətə uyğun olmadığını, türkün heç bir zaman kimsəyə qarşı bir qətliam etmədiyi bütün dünyaya məlumdur. Türk hər zaman getdiyi yerlərə ədalət, şərəf aparıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB