Ev şəraitində tibbi maskanı necə hazırlayaq? MÜTƏXƏSSİS RƏYİ

Son aylar bütün dünyada narazılıq yaradan tibbi maska çatışmazlığı məsələsi hələ də davam etməkdədir. SİA xəbər verir ki, rusiyalı cərrah, mamoloq-ankoloq Natalia Germanoviç tibbi maskanın ev şəraitində necə düzəltməyin üsulunu açıqlayıb.

O bildirib ki, əczəxanalardan satılan tibbi maskalardan fərqli olaraq ev şəraitində düzəldilən tibbi maskalardan daha çox və davamlı istifadə etmək mümkündür.

Onun sözlərinə görə, ev şəraitində tibbi maska haırlamaq üçün cunanın bir neçə qat edərək üz quruluşuna uyğun və kip olmaq şərtilə stikmək mümkündür: “Digər parçalardan da istifadə etmək olar, lakin hamısından yaxşı cunadır. Çünki cuna həm nəfəs almaq üçün daha rahat, həm də Böyük Vətən Müharibəsi zamanı sınanmış vasitədir”.

Mütəxəssis qeyd edib ki, cunadan hazırlanan tibbi maskanı yumaq və bir neçə dəfəf təkrara istifadə etmək mümkündür: “Ev şəraitində hazırlanan tibbi maskanı adi tox və ya qaynar su ilə yumadan sonra da istifadə etmək olar. Digər tibbi maskaların istifadə etmə müddətininin 2 saat olduğunu da nəzərə alsaq belə maskaların daha əlverişli olduğunu söyləmək olar. Eyni zamanda ev şəraitində satılanlardan fərqli olaraq üz quruluşunuza daha rahat olan tibbi maska hazırlaya bilərsiniz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...