"Qanunvercilik sahəsində baş verəcək dəyişikliklər ümidləri doğruldacaq" AÇIQLAMA
"Parlamentin yeniləşməsi şübhəsiz ki, ölkənin siyasi həyatına yeni nəfəs gətirmək gücündədir. Bunu VI çağırışın toplantısına qatılan dövlətimizin başçısı, Prezident İlham Əliyev də xüsusilə vurğuladı və qeyd etdi ki, Azərbaycanın inkişaf və tərəqqisi yalnız islahatlardan keçir. O cümlədən, yeni tərkibli parlamentdə gənc nəslin nümayəndələri də var ki, onlar qarşıya qoyulan məqsədlərə daha çevik şəkildə çatmaq gücündədirlər". Bu fikirləri açıqlamasında millət vəkili Aqil Məmmədov bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, gənclərimiz, habelə digər deputatlarımız cənab Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olmaq və dövlət siyasətini düzgün planlaşdırmaq üçün səmərəli qərarlar verəcəklər. SİTAT: "Hər halda, bu islahatları həyata keçirməkdə ölkəmizin başçısı, Prezident İlham Əliyev cənablarının məqsədi yeniliyin, müasirliyin bütün ölkə həyatında özünə yer tapmasıdır. Elə ölkə ictimaiyyətinin islahatlardan gözləntiləri də bundan ibarətdir. İnanırıq ki, qanunvercilik sahəsində baş verəcən münbit dəyişikliklər də dövlət başçısının və xalqımızın ümidlərini doğruldacaq. Bu məsələdə, şübhəsiz ki, xalq da maraqlıdır, xalqın iradəsu ilə seçilən millət vəkillərimiz də".
"Ona görə də, düşünürəm ki, Azərbaycanda aparılan islahatlar yeni parlamentin daha enerjili və daha fəal olacağı anonsunu verir", deyən millət vəkili bildirib ki, bu reallıq onların hər birində dinamik işləmək həvəsini yaradır: "Bu baxımdan, mən də belə qənaətdəyəm ki, Prezident İlham Əliyevin etdiyi çıxışı və ortaya qoyduğu siyasi iradəsi çoxşaxəli islahatların sona qədər ədalətli və prinsipial şəkildə aparılmasına kifayət qədər təkan verir. Bu münasibətlə mən digər həkmarlarıma işlərində uğurlar və müvəffəqiyyətlər diləyirəm".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB