Komitə sədri "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb FOTO
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev gömrük orqanlarında fəaliyyətə başlayan 3-cü "könüllü gömrükçü" dəstəsinin üzvləri ilə görüşüb.
Komitədən SİA-ya verilən məlumata görə, könüllü gömrükçüləri salamlayan Komitə sədri Səfər Mehdiyev Prezident İlham Əliyev tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan olunması münasibətilə bir daha onları təbrik edib və bunu ölkə başçısı tərəfindən könüllülərə, gənclərə verilən yüksək dəyərin bariz nümunəsi kimi qiymətləndirib.
Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından bəhs edən Səfər Mehdiyev bu istiqamətdə bir sıra layihələrin həyata keçirildiyini, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın yaxından dəstəyi ilə reallaşdırılan könüllülük hərəkatının da gənclərin hərtərəfli inkişafında, müxtəlif sahələrdə təmsil olunmalarında, şəxsi keyfiyyətlərinin və liderlik qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb.
Ötən ildən etibarən gömrük orqanlarında da könüllülük hərəkatının geniş vüsət aldığını diqqətə çatdıran Komitə sədri artıq "könüllü gömrükçü" dəstəsinin 2 qrupunun fəaliyyətini başa vurduğunu, 3-cü qrupda təmsil olunmağa haqq qazanan könüllülərin də uğurlu nəticələr əldə edəcəyinə, faydalı təcrübə və biliklər qazanacağına əminliyini ifadə edib.
Vurğulanıb ki, gömrük orqanlarındakı könüllü fəaliyyət gənclərə Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən islahatlarla, gömrük orqanlarının işi ilə yaxından tanış olmağa, şəffafliğın, vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində reallaşdırılan layihələr və onların nəticələri barədə məlumat almağa, bir sözlə gömrük işini dərindən öyrənməyə şərait yaradacaq.
Komitə sədri onu da vurğulayıb ki, əvvəlki dövrlərdə nümunəvi fəaliyyəti ilə fərqlənən, gömrük işini və gömrük qanunvericiliyini dərindən mənimsəyən könüllü gömrükçülərdən bəziləri gömrük orqanlarında işlə təmin olunub. Bu ənənənin davam etdiriləcəyini diqqətə çatdıran Səfər Mehdiyev gənclərə məsuliyyətli olmağı, fəaliyyət göstərdikləri sahədə zəruri bilik və bacarıqları əldə etmək üçün səylərini artırmağı tövsiyə edib, bu məqsədlə gömrük orqanları və səlahiyyətli şəxslər tərəfindən tərəfindən onlara hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.
Xatırladaq ki, 3-cü "könüllü gömrükçü" dəstəsinə 300-ə qədər gənc cəlb olunub.
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



