Radikallığı təbliğ edən 216 kitabın ölkəyə idxalına icazə verilməyib -AÇIQLAMA

2019-cu ildə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 3888 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. SİA-nın məlumatına görə, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 239 adda dini ədəbiyyata baxılaraq, onlardan 14-nün çapı məqsədəuyğun sayılmayıb, 799 adda (648274 ədəd) dini təyinatlı ədəbiyyata yapıdılıması üçün nəzarət markaları verilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə